SultanAyazoglu
User Overview in Games
8.8Avg. User Score
User Score Distribution
positive
10(77%)
mixed
3(23%)
negative
0(0%)
Highest User Score
Lowest User Score
Games Scores
Apr 23, 2026
Need for Speed7
Apr 23, 2026
Bu oyunun gecə atmosferi əladıda, üstəgəl mənim kimi Carbon fanları üçün tamamən nostaljidir. Uşaqlıqda Carbon-u oynadığım günləri yadıma salır. Amma EA həmişəki kimi qaş düzəldən yerdə vurur göz çıxarır, gül kimi oyun yaradıb, ancaq online server ilə. Story belə online-dı. Oyun üçün bu çox mənfidir. Hələ 30 dəqiqədən bir serverdən atmağı tam ayrı dərddir.
PlayStation 4
Apr 18, 2026
Resident Evil 210
Apr 18, 2026
Müzakirəsiz oyun mükəmməldir, ona görə oyunun yaxşı tərəflərindən saatlarla danışmaq olar. Amma mən oyunun mənfi tərəfindən danışacam. Oyunun bir mənfi tərəfi var, Leon-un, ya da Claire-in çox ləng, yavaş olmasıdır. Sadə hücumlardan qaça bilmirlər. Məsəlçün, RE3 Remake oyununda Jill Valentine hücumlardan qaçırdı, sağa-sola yüksək refleks verirdi. Amma bu oyunda belə deyil ana karakterin üstünə gələn hər zərbə demək olar hədəfə dəyirdi. Əsasda, boss döyüşlərində və o məlum şəxslə (spoiler olmasın deyə ad çəkmirəm) döyüşəndə bu funksiyanın olmaması məni çox yordu, təkçə yormadı həmdə bezdirdi. Məncə, bu, ciddi mənfi xüsusiyyətdir. Amma buna görə deyə bilmərəm ki oyun pisdir. Mükəmməl oyundur və hərkəsə şiddətlə oynamağı tövsiyyə edirəm! Ən sevdiyim isə oyunun atmosferi oldu, əsasda "TUMP, TUMP, TUMP" ayaq səsləri. Bu səs eşidiləndə insan həm həyəcanlanır, həm də vahimə basır. Oyundan çox zövq aldım, 2-ci dəfə yükləyib oynayacağım oyunlar sırasına yazdım.
PC
Apr 14, 2026
Call of Duty: Modern Warfare II9
Apr 14, 2026
Oyun yaxşıdır, classic MW2 2009 deyil, amma yenədə əladır. Mən çox bəyəndim. Məni həvəsdən salan başqa məsələdir. Hekayə mode-u belə internet istəyir, əslində bunu problem etmirəm. Bilmirəm bu problem tək məndədir, ya yox, 10-15 dəqiqə oynayıram, məni oyundan atır və ekran "disconnected" yazır. Yəqin problem tək məndədir, ona görə bu məsələ məni oyundan soyutdu. Amma yenədə mükəmməl oyundur. 10/10 ona görə vermədim ki, ilk çıxan oyuna (2009) haqsızlıq etmiş olaram.
PC
Apr 7, 2026
Resident Evil 37
Apr 7, 2026
Bu oyun gözləntilərimdən aşağı oldu. Oyun çox qısadır, woow oyun deyil, yadda qalan səhnələri yoxdur (Nemesis istisna, unudulmaz villiandır). 2-ci dəfə oynayacağım oyun deyil. Hekayəsi sıradan hekayədir, insan acgözlülüyünə görə şəhər məhv oldu, bu qədər sadə. Emosional bağ çox zəifdir, personajların dramı demək olar yoxdur. Əslində, RE oyunlarının çoxu belədir, hekayə güclü olmur (RE7 və RE8-i istisna edərdim). Jill Valentine personajını bəyəndim. Qorxmur, amma qaçır. Reaksiyaları yaxşıdır, şişirdilmiş personaj deyil. Panika var, stress var, amma dayanmır, davam edir. Oyundan yadımda qalan 2 şey var: Nemesis və Jill. Qısaca:
- Atmosfer: 8/10. Qorxu, təqib, stress... Hamısı hiss olunurdu.
- Hekayə: 4/10. Orta aşağı.
- Qrafika: 10/10
- Oynanış: 8/10
- Personajlar: 10/10
- Ümumi: 7/10
PC
Apr 6, 2026
Stronghold: Crusader HD10
Apr 6, 2026
Yadıma gəlmir, amma 11-12 yaşım olardı. Məktəbdən gələndə hər gün azı 1 saat bu oyunu oynayardım. Uşaq idim, taktikam yox idi, ekonomiya qura bilmirdim, hücumda da çox zəif idim. Təkçə müdafiəm güclü idi. Amma müdafiədə də çox durmaq olmurdu, dağıdırdılar. Əsəbdən ağlayırdım. O vaxtı Level 20-yə güclə gəlib çatmışdım. İndi təzədən başladım bu oyuna və 50 level-in hamısını keçdim, əslində asanimiş.)
PC
Mar 22, 2026
A Plague Tale: Requiem10
Mar 22, 2026
1-ci oyunda olduğumu kimi 2-ci oyunda da ilk 15-20 dəqiqəsindən sonra oyun məni tutdu. Atmosfer, qrafika, səsləndirmə, musiqilər mükəmməldir. 1-ci oyundakı kimi temp sakit, amma gərgin idi. 1-ci oyunla müqayisədə Amicia daha dözümlü, qərarlı və daha ağıllı idi. Hekayə tərəfdən isə 2-ci oyun daha emosionaldır. Gözlənilməz hadisələr, gözlənilməz itkilər daha çox idi. Final məntiqi olaraq düzgündür, amma emosional olar çox ağırdır, dözülməzdir. Oynanış da çox yaxşıdır. İstər oyunun əvvəli, istər sonları çox yaxşıdır. Qorxu hissi yox idi, amma həyəcan hissi daima zirvədədir.Yekun qiymətim:• Atmosfer: 10/10• Hekayə: 10/10• Oynanış (oyunun əvvəlləri): 9/10• Oynanış (oyunun sonları): 8.5/10• Personajlar: 10/10• Ümumi: 9.5/10
PC
Mar 14, 2026
Battlefield 110
Mar 14, 2026
Birinci Dünya Müharibəsini bu qədər gözəl anlatan ikinci oyun görməmişəm. Həddindən artıq drammatik və bəlkədə o qədərdə realdır. Qorxunu, çarəsizliyi sona qədər hiss elədim. Çoxoyunculuda çox qəşəngdir. Bu oyun hekayədən əlavə daha çox müharibənin atmosferini yaratmaq idi və bunuda çox yaxşı bacarıblar. Müharibə janrında ən çox iki oyunu bəyənirəm: Call of Duty WW2 və Battlefield 1. Amma BF1 bir addım öndədir.
PC
Mar 4, 2026
A Plague Tale: Innocence9
Mar 4, 2026
Bu oyun məni ilk 30 dəqiqədən tutdu. Atmosfer, səsləndirmə, vizual ton — çox güclü idi. Uzun boş dialoqlar yox idi, temp sakit amma gərgin idi. Özümü təhlükədə hiss edirdim. Ən çox xoşuma gəldi: • Qaranlıq və boğucu mühit • Resurs azlığı • Hər səhvin ölüm olması • Amicia-nın tədricən dəyişməsi Universitet hissəsi məni çox yordu. Zirehli əsgərlər ciddi problem idi. Orda oyun məni plan quraraq oynamağa məcbur etdi. Hekayə emosional olaraq çox güclü idi. Hugo və Amicia münasibəti real hiss olunurdu. Amma… Sonlara doğru oyun dəyişdi. Hugo siçovulları idarə etməyə başlayanda artıq, təhlükə hissi azaldı, qorxu yerini gücə verdi, çarəsizlik hissi yox oldu. İlk yarıdakı “nəfəs saxla və gizlən” hissi itdi. Final emosional olaraq güclü idi. Amma gameplay baxımından əvvəlki kimi həyəcan vermədi. Yekun qiymətim: • Atmosfer: 10/10 • Hekayə: 10/10 • Oynanış (oyunun əvvəlləri): 8.5/10 • Oynanış (oyunun sonları): 7/10 • Ümumi: 8.5/10 Bu oyun qorxu baxımından yox, emosional və atmosfer baxımından qalibdir.
PC
Mar 1, 2026
Metro Exodus: Enhanced Edition7
Mar 1, 2026
Uzun dialoqlar olmasa idi, ana karakterin səsi olsa idi və temp stabil olsa idi deyərdim bu oyun 10/10-du. Bunların heç biri olmadığına görə mən bu oyundan çox sıxıldım. Amma "Sam`s story DLC"-ini bəyəndim. Çünki, temp stabildi və ana karakterin səsi var. Uzun dialoqlar olsada görməzdən gəlmək olar. Hekayəsidə yaxşıdır.
PC
Feb 10, 2026
Detroit: Become Human10
Feb 10, 2026
Mən dialoqları özümüz seçdiyimiz oyunları bəyənmirəm, amma bu oyun istisna. Mükəmməl hekayəsi var, 300-dən çox finalı var. Seçdiyiniz hər bir dialoqlara görə finallar dəyişir. Şiddətlə tövsiyyə edirəm.
PC
Jan 30, 2026
Need for Speed Unbound8
Jan 30, 2026
Hekayəsi qısaca bir cümlə ilə: 0/10 Etiraf etməliyəm ki, son çıxan NFS oyunları arasından ən çox zövq aldığım oyun Unbound oldu. Sürət hissi, polis təqibləri, maşınların qiymətləri tam realığı əks etdirir. Hələ musiqiləri demirəm, mükəmməl! Hekayəsindən başqa hər şey əladır. (8/10)
PC
Jan 14, 2026
Need for Speed Payback9
Jan 14, 2026
Metacritic-də 62/100 qiymət alması məncə ədalətsizlikdir. Most Wanted, Underground kimi olmasada, məncə Payback NFS seriyasının ən yaxşı oyunlarından biridir. “Forsaj” filmlərindəki kimi dramatik və kinomatik səhnələr, hekayənin ön planda olması (ən sevdiyim), fərqli-fərqli yarış növlərinin olması və s. bu oyunu ən yaxşılardan biri edir (ilk 5-liyə girməli idi). Missiyalar “sadəcə yarış” deyil, hadisə kimidir. Oyunda “kart sistemi” olması və polis təqiblərinin çox zəif olması mənfi tərəflərdir.
PC
Jan 3, 2026
Battlefield 68
Jan 3, 2026
Hekayəsi nə yaxşıdır, nə də pisdir. NPC-lərin hərəkətləri, danışıqları, üz cizgiləri mənə GTA Vice City-ni xatırlatdı, çox bərbaddır. Silahların səsləri, vuruş hissi çox gözəldir. Amma, güllə başdan dəyəndə hiss olunmur. Məs: CS2-də, ya da COD-da güllə başdan dəyəndə qərinə səs gəlir, yəni oyunçu hiss edir ki, güllə başdan dəyib. Bu oyun isə o hissi vermir. Qrafika tərəfdəndə normal demək olar. Evə bir bomba dəyəndə evin yarısı dağıldı üçün "qrafikası çox qəşəngdir" deyə bilmərəm. 8/10 məncə ədalətli səsvermədir.
PC